Sosial şəbəkədə biz:

ABŞ-dan Qarabağ açıqlaması: "Putinin səyləri alqışlayırıq"

16 August 2016, 11:32
Gündəm
Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinin qarantı kimi çıxış etməyə hazır olmasını alqışlayırıq. Bunu “Ria Novosti” saytına açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. “Biz Rusiya prezidenti Vladimir Putinin şəxsən Dağlıq Qarabağ münaqişəsinin davamlı həllinə nail olmaq istiqamətində göstərdiyi səyləri alqışlayırıq”,- deyə həmsədr bildirib. Uorlikin sözlərinə görə, beynəlxalq sülhməramlıların Dağlıq Qarabağda təhlüksəziliyin təmin edilməsi məqsədi ilə yerləşdirilməsi münaqişənin həlli hissəsi kimi qəbul edilib.