Sosial şəbəkədə biz:

Hakan Şükürün villasında axtarış aparıldı

16 August 2016, 12:58
Gündəm
Türkiyənin keçmiş millət vəkili, ulduz futbolçu Hakan Şükürün villasında axtarış aparılıb.Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, haqqında həbs qərarı çıxarılan futbolçunun Kocaeli əlayətindəki villasında axtarış aparılıb. Məlumata görə, qərar Sakarya növbətçi məhkəməsi tərəfindən çıxarılıb. Qeyd edək ki, Türkiyə futbolunun canlı əfsanəsi Hakan Şükürün FETÖ ilə əlaqəsi olduğu deyilir.