Sosial şəbəkədə biz:

Ramil Usubov rayona yeni rəis təyin etdi

16 August 2016, 13:02
Gündəm
Daşkəsən rayonuna yeni polis rəisi təyin olunub. “ Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis mayoru Fəxrəddin Abbasov Daşkəsən RPŞ-nin rəisi vəzifəsinə təyin olunub. F. Abbasov yeni vəzifəyə təyinat almamışdan əvvəl daxili işlər nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Qeyd edək ki, Daşkəsən RPŞ-nın əvvəlki rəisi Elsevər Aslanov daxili işlər nazirinin əmri ilə Ağstafa RPŞ-nin rəisi vəzifəsinə təyin olunub.