İlham Əliyev DSX-nın hərbi qulluqçularına ali rütbələr verdi
Azərbaycan prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Virtualaz.org bildirir ki, sərəncana əsasən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları general-mayor İsmayıl Bayram oğlu Əkbərova və general-mayor İlham İsmayıl oğlu Mehdiyevə general-leytenant ali hərbi rütbəsi, polkovnik Elşən Ələkbər oğlu Verdiyevə isə general-mayor ali hərbi rütbəsi verilib.