Sosial şəbəkədə biz:

Güləşçimiz Hacı Əliyev də ilk qələbəsini qazandı

19 August 2016, 17:56
Gündəm
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında ilk qələbəsini qazanıb. Virtualaz.org-un məlumatına görə, yarışda 57 kiloqram çəki dərəcəsində çıxış edən Hacı Əliyev səkkizdəbir finalda Yunsik Yun (Koreya Respublikası) ilə qarşılaşıb. Rəqibini məğlub edən ikiqat dünya çempionumuz dörddəbir finala yüksəlib.