Sosial şəbəkədə biz:

Bakıda təcili tibbi yardıma günvurma şikayəti ilə 61 müraciət daxil olub

20 August 2016, 15:57
Gündəm
İyun ayından bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 61 nəfər müraciət edib. Stansiyanın baş həkimi Rauf Nağıyev APA-ya bildirib ki, günvurma diaqnozu ilə müraciət edənlərdən 21 nəfəri xəstəxanaya yerləşdirilib. Baş həkim qeyd edib ki, günvurma ilə bağlı ölüm faktı qeydə alınmayıb.