Hövsan çimərliyində azyaşlı uşaq boğularaq ölüb
Bakıda uşaq dənizdə boğulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, avqustun 19-da Suraxanı rayonunun Hövsan qəsəbəsindəki dəniz çimərliyində qəsəbə sakini azyaşlı Vəsail Miriyev dənizdə boğulub. Meyit sudan çıxarılıb.