Sosial şəbəkədə biz:

Saakaşvilinin xanımı: “Dəyişmək vaxtıdır...”

22 August 2016, 13:37
Gündəm
Son dörd ildə Gürcüstanda inkişaf müşahidə edilmir.   Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs paylaşıb.   O deyib ki, Gürcüstan hakimiyyətinin müəyyən edilə bilməyən oriyentasiyası ölkənin milli maraqlarına çox zaman cavab vermir:   “Artıq hakimiyyəti demokratik yolla dəyişmək zamanı gəlib. Bununla Gürcüstanı inkişaf yoluna döndərib, Avroatlantikaya inteqrasiya çərçivəsində stabil inkişafını təmin etmək olar. Biz daha güclü və bütöv Gürcüstan üçün çalışacağıq”.