Sosial şəbəkədə biz:

Kim nə qədər nüfuz və pul qazandı? - Siyahı

22 August 2016, 13:52
Gündəm
Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən 2016-cı il Yay Olimpiya Oyunları başa çatdı. “Qafqazinfo” xəbər verir ki, 56 idmançı ilə turnirə qatılan komandamız 18 medal qazanmaqla Olimpiya tariximizdə yeni səhifə açdı. Qeyd edək ki, prezident İlham Əliyev Olimpiya Oyunlarından əvvəl idmançılara qazanacaqları medal qarşılığında mükafat veriləcəyi ilə bağlı sərəncam imzalamışdı. Sərəncamda qeyd olunurdu ki, qızıl medal qazanan idmançı 400 min manata, gümüş medal sahibi 200 min manata, bürünc əldə edənlər isə 100 min manata yiyələnəcək. 1. Birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat. 2. İkinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat; 3. Üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat. Rio Olimpiadasından qayıdan yığmamıza isə ümumilikdə 2,8 milyon manat veriləcək. Hansı federasiyalar Olimpiya Oyunlarından başıuca çıxdı? Yığmamız bu nəticə ilə turniri 39-cu pillədə başa vurdu. Medal sayına görə isə 15-ci olduq. Ümumilikdə 18 medalı 5 idman növündə qazandıq. Boks, taekvando və kayak və kaneo də isə ilk dəfə medalçılar sırasında yer aldıq. Taekvondo Federasiyası (prezident Kəmaləddin Heydərov) Patimat Abakarova (49 kq) - bürünc medal qazanıb Milad Beiqi Harçeqani (80 kq) - bürünc medal qazanıb Radik İsayev (+80 kq) – qızıl medal qazanıb Güləş Federasiyası (prezident Fazil Məmmədov) Yunan-Roma Sabah Şəriəti (130 kq) - bürünc medal qazanıb Rəsul Çunayev (66 kq) - bürünc medal qazanıb Sərbəst güləş Qadınlar Mariya Stadnik (48 kq) - gümüş medal qazanıb Nataliya Sinişin (53 kq) - bürünc medal qazanıb Kişilər Hacı Əliyev (57 kq) - bürünc medal qazanıb Cəbrayıl Həsənov (74 kq) - bürünc medal qazanıb Şərif Şərifov (85 kq) – bürünc medal qazanıb Toğrul Əsgərov (66 kq) - gümüş medal qazanıb Xetaq Qazyumov (97 kq) - gümüş medal qazanıb Boks Federasiyası (prezident Kəmaləddin Heydərov ) Kamran Şahsuvarlı (75 kq) – bürünc medal qazanıb Lorenzo Sotomayor (64 kq) - gümüş medal qazanıb Cüdo Federasiyası (prezident Rövnəq Abdullayev) Rüstəm Orucov (73 kq) – gümüş medal qazanıb Elmar Qasımov (100 kq) - gümüş medal qazanıb Avarçəkmə Federasiyası (prezident Elçin Zeynalov) İnna Osipenko-Radomskaya Kayak (200 m) - bürünc medal qazanıb Valentin Demyanenko (kanoe, 200 m) - gümüş medal qazanıb