Sosial şəbəkədə biz:

Əli Kərimlinin köməkçisinə - 3 aylıq həbs-qətimkan

22 August 2016, 17:46
Gündəm
Bu gün Nəsimi rayon Məhkəməsində AXCP sədrli Əli Kərimlinin köməkçisi, "Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirli barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.Qafqazinfo”nun verdiyi xəbər görə, F.Əmirli Cinayət Məcəlləsinin 283.1-ci maddəsi (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 168.1-ci maddəsi ilə (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında ictimai asayişi pozmaq, yaxud vətəndaşların sağlamlığına zərər vurmaq) üzrə ittiham edilib. F.Əmirlinin “Gülən” hərəkatının Azərbaycandakı imamı olduğu bildirilib.