Türkiyənin azad etdiyi bölgədə şiddətli atışma başladı
Suriyada Cerablus qəsəbəsinin cənubunda YPG ilə Azad Suriya Ordusu arasında qarşılıqlı atışma gedir.
Axar.az xəbər verir ki, Cerablusun Amirina bölgəsində YPG qüvvələri ilə ASO top atışları ilə bir-birinə zərbələr endirirlər.
Qeyd edək ki, bu gün Türkiyə Silahlı Qüvvələri Cerablus qəsəbəsini İŞİD-dən geri alıb.