Sosial şəbəkədə biz:

Bakıda iki polis bölməsinə yeni - Rəis təyinatları

24 August 2016, 22:06
Gündəm
Azərbaycanın daxili işlər orqanlarında yeni təyinatlar olub. Nizami Rayon Polis İdarəsinin (RPİ) 25-ci Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Rafael Albabayev vəzifəsindən azad edilərək 23-cü Polis Bölməsinə rəis təyin edilib. Bundan başqa, Nizami RPİ-nin 23-cü Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Nəsib Məmmədov Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə rəis təyin edilib.