Sosial şəbəkədə biz:

Bakıda 19 yaşlı qız bıçaqlandı - Vəziyyəti ağırdır

25 August 2016, 20:28
Gündəm
Bakının Sabunçu rayonunda 19 yaşlı qız naməlum şəraitdə bıçaqlanıb. “ Azinforum.az ” ın Report-a istinadən xəbərinə görə, hadisə rayonun Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbənin Ş.Kamilov küçəsi ev 5 ünvanında yaşayan 1997-ci il təvəllüdlü Mirfatimə Quliyeva qarın nahiyəsindən aldığı dörd bıçaq xəsarəti ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına daxil olub, vəziyyəti ağırdır. Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı məlum deyil. Faktla bağlı araşdırma aparılır.