Sosial şəbəkədə biz:

Ermənistanda xərçəng xəstəliyinə tutulanların sayı artır

27 August 2016, 14:04
Gündəm
Ermənistanda xərçəng xəstəliyinə tutulma hallarının səviyyəsi son 20 il ərzində iki dəfə artıb. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Milli Onkologiya Mərkəzinin direktor müavini Qaqik Bazikyan bildirib. "İyirmi il əvvəl ildə 4-5 min adam qeydiyyata alırdıqsa, indi bu göstərici təqribən 8700 nəfərə çatıb", - deyə, o vurğulayıb. Q.Bazikyan Ermənistanda adətən xəstələrin həkimlərə çox gec, xərçəng xəstəliyinin son mərhələsində müraciət etdiyini söyləyib.