Sosial şəbəkədə biz:

Bakıda yol polisi bıçaqlandı

01 September 2016, 11:12
Gündəm
Bakıda yol polisi bıçaqlanıb. “Report” xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, M.Cəlal küçəsi 143A ünvanında qeydə alınıb. Həmin ünvanda Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) polis serjantı 1983-cü il təvəllüdlü Rəşad İsmayılov naməlum şəxs tərəfindən çiyin nayihəsindən bıçaqlanıb. R.İsmayılov Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.