Sosial şəbəkədə biz:

Tramp Putini təriflədi : "Bizim prezidentimizdən daha yaxşı lider olub”

08 September 2016, 10:00
Gündəm
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, seçkilərdə qələbə qazanacağı təqdirdə onun Rusiya prezidenti Vladimir Putinlə və Rusiya ilə çox yaxşı münasibətləri olacaq. Bu barədə “Report” BBC-yə istinadən xəbər verir. “Düşünürəm ki, onunla yola gedə biləcəyəm. Bu sistem çərçivəsində (Rusiya) o, bizim prezidentimizdən daha yaxşı lider olub”, – Tramp veteranlar forumunda çıxışı zaman bildirib. Putindən danışarkən, Tramp xatırladıb ki, Rusiya prezidentinin bəyənilmə reytinqi 82% təşkil edir.