Sosial şəbəkədə biz:

İstirahət və bayram günləri 19 nəfər yol-nəqliyyat hadisələrində  ölüb

14 September 2016, 14:31
Gündəm
İstirahət günləri və Qurban bayramında Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb. Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, şənbə-bazar və Qurban bayramı günləri respublikanın avtomobil yollarında 23 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 17 nəfər ölüb, 29 nəfər xəsarət alıb. Daha bir hadisə isə sentyabrın 14-dən 15-nə keçən gecə Bakı şəhərində qeydə alınıb. Həmin hadisədə iki piyada ölüb.