Sosial şəbəkədə biz:

Gürcü və azərbaycanlı deputatlığa namizədlər canlı yayımda dalaşdı…

22 September 2016, 18:41
Gündəm
Gürcüstanda parlament seçkiləri öncəsi deputatlığa namizədlərin debatı zamanı insident yaşanıb. Virtualaz.org bildirir ki, insident Kvemo Kartli TV-nin studiyasında canlı yayım zamanı qeydə alınıb. Belə ki, azərbaycanlı namizəd Polad Xəlilovla Demokratik Hərəkat-Vahid Gürcüstan Partiyasının namizədi Qurqenaşvilinin dialoqu dava ilə nəticələnib. Namizədləri sakitləşdirmək cəhdi uğursuz alınıb. Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri dörd ildə dəfə keçirilir. Bu il deputatların yeni tərkibi 8 oktyabrda seçiləcək. Sonda insidentin yaşandığı həmin videonu təqdim edirik: