Sosial şəbəkədə biz:

Qəzada ölən qadın şairə imiş - Sürücü qaçıb... +Fotolar

23 February 2017, 08:55
Gündəm
Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib " Azinforum.az " APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisində baş verib. Xırdalan şəhər sakini 1960-cı il təvəllüdlü Dəstəgül Əzəmət qızı Şəmiyeva Liman şəhəri ərazisində yolu keçmək istəyərkən maşın onu vurub. D.Şəmiyeva ağır kəllə-beyin travması ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. *** "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Dəstəgül Zamanlı (Şəmiyeva) şairə olub. Sosial şəbəkədə dostlarının yaydığı məlumatda qeyd olunur ki, sürücü hadisə yerindən qaçıb. Qəzada ölən qadın şairə imiş -  Sürücü qaçıb... +Fotolar