Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev meyvə-tərəvəz məhsullarının Azərbaycandan Rusiyaya keçirilməsi məsələləri ilə bağlı danışıqlarda deyib. S.Babyev qeyd edib ki, ötən il Azərbaycanda 517 min tondan çox pomidor istehsal olunub: "Bunun 100 min tondan çoxu Rusiyaya ixrac olunub. Yəni istehsal olunan pomidorun təqribən 20-25 faizi Rusiyaya tədarük edilib".