Millimizdən uğurlu start - İlk qələbə
Bu gün futzal üzrə AÇ-2018-in seçmə mərhələsinin B qrupunun oyunlarına start verilib.
Qol.az-ın məlumatına görə, millimizin də yer aldığı qrupun bütün oyunları Bakıda keçirilir.
Yığmamızın ilk rəqibi Bosniya və Herseqovina millisi olub. Qarşılaşma komandamızın 5:4 hesablı qələbəsi ilə başa çatıb.
B qrupunun digər oyununda isə Macarıstan Albaniya ilə üz-üzə gələcək. Görüş macarların qələbəsi ilə yekunlaşıb - 4:3.
AÇ-2018-in seçmə mərhələsi
B qrupu
Azərbaycan – Bosniya və Herseqovina - 5:4
Macarıstan – Albaniya - 4:3