Sosial şəbəkədə biz:

Ərdoğan özü haqda yazılan kitabla bağlı sərt qərar verdi

12 April 2017, 20:57
Gündəm
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ona həsr olunan “Ərdoğannamə” adlı şeir kitabının satışdan yığışdırılmasını tələb edib. “Qafqazinfo”nun verdiyi məlumata görə, Ərdoğan bu qərarı kitabda inanc və mədəni dəyərlərə zidd şeirlər dərc olnduğundan verib. Prezidentin vəkili Hüseyn Aydın bildirib ki, yayım orqanı kitabı satışdan yığışdırmadığı halda məhkəməyə müraciət olunacaq.