Sosial şəbəkədə biz:

Azərbaycan vətəndaşı Peterburqda soyğunçuların qurbanı oldu

21 August 2017, 14:13
Gündəm
Peterburqda üç naməlum şəxs ticarət pavilyonunu qarət edib. "İqtisadiyyat bu gün"ün bildirdiyi kimi, hadisə 19 avqust gecəsi Sankt-Peterburqun Primorsk rayonunda baş verib. Qarətçilər şənbə günü gecə Planer küçəsindəki "24 saat" adlı ticarət pavilyonuna gələrək orada işləyən Azərbaycan vətəndaşına bıçaqla hədə-qorxu gəliblər. Sonra kassadakı 46 min rublu, həmçinin özləri üçün siqaretlər, qida məhsulları, eləcə də və satıcının şəxsi əşyalarını, mobil telefonunu və sənədlərini götürərək aradan çıxıblar.