Sosial şəbəkədə biz:

Arvadını və qayınanasını döydü, hadisə yerindən başqasının avtomobili ilə qaçdı

28 August 2017, 13:21
Gündəm
Gəncədə arvadını və qayınanasını döyüb hadisə yerindən başqasının avtomobili ilə qaçan şəxs tutulub. Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. Belə ki, avqustun 26-da Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Babayev evində münaqişə zəminində arvadı Zülaləni və qayınanası Mətanət Həsənovanı döyüb, habelə evinin qarşısında dayanmış – Tərtər rayon sakini Nizami Əliyevə məxsus “Ford” markalı avtomobilin ön hissəsini əzib, sonradan həmin nəqliyyat vasitəsini qaçıraraq Sadıllı qəsəbəsi ərazisində saxlayıb və gedib. Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Babayev tutulub və onun orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilib.