Sosial şəbəkədə biz:

Azərbaycanlı zəvvarlar avqustun 29-dan başlayaraq Ərafata çıxacaq

28 August 2017, 20:34
Gündəm
Azərabaycanlı zəvvarların vəziyyəti yaxşıdır, sağlamlıqları ilə bağlı narahatlıq yoxdur. Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Məlumatda qeyd olunub ki, azərbaycanlı zəvvarların bir hissəsi avqustun 29-da gecə saatlarında, digər hissəsi isə avqustun 30-u gecə saatlarında Ərafata çıxacaq. Avqustun 31-də isə Ərəfat vəqfəsi həyata keçiriləcək, əsas Həcc ayinlərinin icrasına başlanılacaq. Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedib.