Sosial şəbəkədə biz:

Qadın güləşçimiz qızıl medal uğrunda yarışacaq

06 September 2017, 22:03
Gündəm
Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin dünya çempionatı davam edir. Dünya çempionatının üçüncü günündə güləşçimiz Şahanə Nəzərova (38 kq) yaponiyalı və rusiyalı idmançıları məğlub edərək finala yüksəlib. Finaladək 2 görüş keçirən Ş.Nəzərova cəmi 149 saniyə xalça üzərində olub. Qızıl medal uğrunda görüş sentyabrın 7-də keçiriləcək və güləşçimizin rəqibi Ukrayna təmsilçisi olacaq.