Naxçıvanda işıqpulu 100 faiz toplanıb
Naxçıvan Muxtar Respublikasında avqust ayında elektrik enerğisinin pulu əhalidən qüsursuz olaraq toplanıb.
“Qafqazinfo” xəbər verir ki, texniki itki nəzərə alınmaqla daxil olan 43 milyon 245 min kilovat-saat elektrik enerjisinin dəyəri 3 milyon 633 min 800 manat olub. Əhalidən isə cəmi 3 milyon 634 min 300 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,0 faizini təşkil edir.