Sosial şəbəkədə biz:

Bakıda orta yaşlı kişinin qulağını kəsiblər

07 September 2017, 11:38
Gündəm
Bakıda orta yaşlı kişinin qulağı kəsilib. "Report"un xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 1967-ci il təvəllüdlü Cələbov Cələb Fətulla oğlu naməlum şəxs və ya şəxslərlə mübahisə zamanı onun qulağı kəsilib. Daha sonra isə bədəninə bıçaq zərbəsi vurulub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.