Sosial şəbəkədə biz:

Bakıda dollar qıtlığı yarandı

obmenBakının valyutadəyişmə məntəqələrində yenidən dollar qıtlığı yaranıb. Belə ki, virtualaz.org saytının müxbiri paytaxtın mərkəzindəki valyutadəyişmə məntəqələrinin bir neçəsinə müraciət etsə də oradan ABŞ valyutası sata bilməyəcəklərini bildiriblər. Maraqlıdır ki, valyutadəyişmə məntəqələrində yalnız dollar qıtlığı var. Digər valyutalarla bağlı problem yoxdur. Valyuta satanlar müştərilərə israrla avro və funt-sterlinq təklif edirlər. Amma dollar qıtlığının səbəblərini izah edə bilmirlər. Bununla belə bəzi valyutadəyişmə məntəqələrindən bildirilib ki, dollar qıtlığının yaranması bayram və qeyri-iş günü ilə bağlıdır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol