Sosial şəbəkədə biz:

Hava yenidən pisləşir – Proqnoz

Bu gündən etibarən Azərbaycan ərazisində hava şəraiti dəyişəcək, martın 31-i axşamadək qeyri-sabit hava müşahidə olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Bakı və Abşeron yarımadasında da hava şəraiti qeyri-sabit keçəcək, arabir yağıntılı olacaq. Havanın temperaturu ölkə ərazisində ötən günlərlə müqayisədə 7-8 dərəcə enəcək. Hava şəraiti əsasən şimal və qərb rayonlarından pisləşməyə başlayacaq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol