Sosial şəbəkədə biz:

Vaqif Aydınoğluya ATV-də yüksək vəzifə verildi

27 September 2017, 17:04
Gündəm
"Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğluya çalışdığı kanalda yüksək vəzifə verilib. Azinforum.az Unikal.org-a istinadən xəbər verir ki, yeni prezident Azər Xəlilov Vaqif Aydınoğlunu kanalın vitse-prezidenti postuna gətirib. O da bildirilir ki, A.Xəlilov CBC televiziyasının rəhbəri vəzifəsini də daşıdığı üçün hələlik ATV-də icraçı direktor vəzifəsi Vaqif Aydınoğluna tapşırılıb. Vaqif Aydınoğlu  təyinatla bağlı rəsmi qərarın olmadığını bildirsə də, hazırda kanalda icraçı direktor vəzifəsini daşıdığını təsdiqləyib: "Hələlik icraçı direktor vəzifəsini icra edirəm. Amma təyinatla bağlı rəsmi qərar olmadığından bu barədə heç nə deyə bilmərəm”. *** Vaqif Aydınoğlu  "Qafqazinfo"ya bildirib ki, o, TV-də eks-vitse-prezident Rauf Dadaşovun səlahiyyətlərini icra edir.