Sosial şəbəkədə biz:

Şirkət rəhbəri bacısından şikayət etdi - Pula görə

13 September 2015, 18:53
Gündəm
39-cu Polis Bölməsinə müraciət edən 1968-ci il təvəllüdlü Şahin Novruzov bacısının səhvi ucbatından xeyli miqdarda ziyana düşdüyünü bildirib.
Şikayətçi qeyd edib ki, Xqaəni küçəsi 39 ünvanında yerləşən DDT-İN MMC-nin rəhbəridir. Bir müddət əvvəl bacısı Leyla onun 8 min manatlıq ödənişini elektron vasitə ilə həyata keçirib. Lakin pul ünvanına çatmayıb. Ş.Novruzov ona dəymiş ziyanın ödətdirilməsinin təmin edilməsini xahiş edib.