Sosial şəbəkədə biz:

Gündəm Xəbərləri

2 il əvvəl dünyasını dəyişən 17 yaşlı Leylanın ölüm səbəbi ətrafında davam edən məhkəmə iclası başa çatıb. Leylanın ölümünə səbəb olan həkimlərə cəza kəsilib. Musavat.com xəbər verir ki, Yasamal Rayon Məhkəməsində “StarMed” klinikasınının cərrahı Sənan Mehdiyev, anestezioloq Emin Quluzadə və klinikanın direktoru Cəbrayıl Sultanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S.Mehdiyev 9 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası şərti hesab edilib. E.Quluzadə 2 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasını ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduğu üçün məntəqə tipli cəzaçəkmə ilə əvəz edib. C.Sultanov barəsində isə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və ona şərti cəza verilib. Leyla 2015-ci ilin mart ayında “Star Med” özəl klinikasında burnundan əməliyyat olunan zaman dünyasını dəyişib. Maliyyə-İqtisad Kollecinin 3-cü tələbəsi olan Mürsəlova Leyla Namiq qızının əməliyyat zamanı narkoz verildikdən sonra dünyasını dəyişdiyi bildirilirdi. İlkin ehtimala görə, narkozun dozası çox olmuşdu. Daha sonra isə L.Mürsəlovanın ürək çatışmazlığından əziyyət çəkdiyi barədə də məlumatlar yayıldı. Məhkəmə işinin gedişatından aydın olmuşdu ki, Leyla tamamilə başqa xəstəlikdən əziyyət çəkirmiş. Amma mərhumun ailəsi bununla razılaşmayıb. Leylanın ölümü ilə əlaqədar Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Leylanı əməliyyat edən cərrah Mehdiyev Sənan Elman oğlu və əməliyyatda anestezioloq kimi iştirak edən Quluzadə Emin Akif oğlu və klinikanın direktoru Cəbrayıl Sultanov cinayət məsuliyyətinə cəlb ediliblər.
Rusiya KİV-də zaman-zaman “qanuni oğru”lar haqqında yazılar dərc edilir, o cümlədən “Lotu Quli” kimi tanınan Nadir Səlifov haqqında. Moderator.az bu gün-oktyabrın 7-də axşam saatlarında Rambler.ru saytında “Türkiyədən olan oğru Rusiyada xərac yığır” başlığı altında yazının oxucularımız üçün maraqlı olacağını nəzərə alıb təqdim edir. “İnternet üzərində total nəzarət qanunu fikirləşən Rusiya Dövlət Dumasının burnunun altında, internet-texnologiyadan istifadə etməklə qanunu oğru Moskva komersantlarından xərac yığır. Söhbət, Lotu Quli kimi tanınan Nadir Səlifovdan gedir. O Kalujsk şossesindəki böyük topdan satış bazarlarındakı biznesmenlərdən xərac toplayır. Üstəlik, kriminal avtoritet Türkiyədə oturub reket qurbanları ilə 90-cı illərin üslubunda, amma yeni texnologiyadan istifadə etməklə əlaqə saxlayır. Hüquq-mühafizə orqanları isə beynəlxalq axtarışa verilmiş şəxsi tapa bilmirlər. Kalujskdakı bazarlara əvvəllər başqa qanunu oğru –Rövşən Canıyev (Rövşən Lənkəranski) nəzarət edib. İki il əvvəl onu güllələyiblər və bazarlar Zaur adlı avtoritetə keçib. Məhz Quli ondan bu “biznesi” qoparıb. Quli Türkiyədə olmasına baxmayaraq, biznesmenlərlə şəxsən özü danışır. O internet-videokonfrans vasitəsi ilə onlara xərac təyin edir. Reketlər biznesmenləri toplayır və noutbuk vasitəsilə seans təşkil edirlər. Quli onların hamısını görür və əmr verir: ”Sən hər ay iki milyon rubl verəcəksən, sən üç”. Məbləğlər müzakirə olunmur. Səlifov bu yaxınlarda Çernoqriyada saxlansa da, Rusiyaya ekstradisiyası olmayıb. “Səlifovun çox böyük kapitalı bu cür problemləri də həll etməyə imkan verir. İki gündən sonra Çernoqoriyadan Moskvaya məlumat verdilər ki, onlar Qulini buraxıblar ki, hara istəyir getsin”-mənbə belə deyir