"Aslan Akbey" və "Baron"dan "Kurtlar Vadisi" ilə bağlı ETİRAFLAR
Türk televiziya tarixinə damğa vuran "Kurtlar Vadisi" serialının gənclərə təsiri ilə bağlı usta aktyor Səlcuq Yöntəmin dediyi sözlər böyük müzakirələrə səbəb olub.
"Haberler.com" xəbər verir ki, bu müzakirələrin fonunda digər məşhur aktyor Zəfər Erginin illər əvvəl eyni serialı "zərərli olduğu üçün" tərk etməsi ilə bağlı açıqlamaları yenidən aktuallaşıb.
Səlcuq Yöntəm ekran işinin ilk dövrlərində dövlət-mafiya münasibətlərinə fərqli bir baxış bucağı gətirdiyini, lakin cinayətkarların cəzasız qalmasının gənclər üzərində mənfi izlər buraxa biləcəyini qeyd edib.
Onun bu fikirlərindən sonra "Kurtlar Vadisi"nin Baronu Zəfər Erginin illər öncə prinsiplərinə görə serialdan ayrılması barədə verdiyi bu kəskin bəyanat xatırlanıb:
"Arka Sokaklar" serialından əvvəl "Kurtlar Vadisi"ni zərərli olduğu və pis vərdişlərə yol açdığı üçün buraxmışdım. Üstəlik, maddi cəhətdən çox cəlbedici şərtlər də var idi".
Zəfər Ergin bəzi həmkarlarının yüksək qazanca rəğmən serialdan getməsini tənqid etdiyini bildirərək deyib:
"Bəzi aktyor dostlarım "Niyə buraxdın? Dünyanın pulunu alırsan" dedilər. Amma mənim qaydalarım və prinsiplərim var. Televiziya çox böyük bir silahdır".
İki məşhur aktyorun eyni serialla bağlı oxşar tənqidləri sosial mediada geniş müzakirə mövzusuna çevrilib.
Musavat.com