Sosial şəbəkədə biz:
“Atamı axirətdə də bağışlamayacam” - Şəbnəm Tovuzlu
Xəbər Şəkli

“Atamı axirətdə də bağışlamayacam” - Şəbnəm Tovuzlu

23 September 2025, 15:31
Mədəniyyət

Müğənni Şəbnəm Tovuzlu efirdə ağlayıb.

O, "Rəngarəng" verilişində anasından danışaraq, ağlayıb. 

İfaçı bildirib ki, uşaqlığıma baxanda tək pis olduğu şey anasıdır: 

"Mən heç atamla normal danışmıram. Salam, sağ ol. Mənə vacib də deyil. O qədər haqsızlıqlar olub. Həyatda tək heyifim gələn şey anamdır. Atamı axirətdə də bağışlamayacam. Bibimi çox istəyirəm. Mehri bibim körpəliyimi bilir. Əmilərimin, bacımın, bibim qızlarının da xətrini çox istəyirəm. Mənim burada uşaqlığıma baxanda tək pis olduğum şey anamdır. Mən anamsız yaşamışam. Etməyin bunu mənə".