"Elə bir dövrdür ki, qaynayıb-qarışmaq problemə dönüb" - Əməkdar artist
"Elə bir dövr gəlib ki, qaynayıb-qarışmaq problemə dönüb. İnsanlar daha çox təkliyə, yalnız istirahət etməyə üstünlük verirlər".
Bu sözləri Əməkdar artist Abbas Qəhrəmanov "Xəzər axşamı" verilişində deyib. Aktyor hazırda çox az adamla ünsiyyətdə olduğunu bildirib:
"Bəlkə də özüm beləyəm, ona görə mənə elə gəlir. Əvvəllər elə deyildim, qaynayıb-qarışan idim. Sadəcə insanlar həyatından süzülür. Gəlib bir məqama çatanda görürsən ki, adam azalıb, yox dərəcəsindədir. Məndə demək olar ki, belədir. Amma münasibətdə olduğum isnanlar var".