Əlisəmid Kür vəfat etdi
Şair Əlisəmid Kür (Cəfərli) vəfat edib.
Bu barədə şairin ailə üzvləri məlumat yayıb.
Ailəsinin bildirdiyinə görə, o, bu gün yaşadığı evdə dünyasını dəyişib. Marqarita pizza
Səhhətində yaranan problemlər ucbatından Əlisəmid Kür sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmiş, daha sonra müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilmişdi.
Şairin dəfni Salyan rayonunda olacaq.