Sosial şəbəkədə biz:
Flora Kərimovanın vəziyyəti - Açıqlandı
Xəbər Şəkli

Flora Kərimovanın vəziyyəti - Açıqlandı

15 June 2026, 10:18
Mədəniyyət

Xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib.

Sənətkarın köməkçisi Yaqut İmanova “Qafqazinfo”ya hazırda onun müalicə prosesinin davam etdiyini və evə buraxılacağı tarixin hələ dəqiqləşmədiyini bildirib.

“Dərmanlar verilir, aparatlardan keçirilir, müayinələr edilir. Yəqin ki, 10 günə evə buraxılacaq. Bunu nə mən, nə də həkimləri dəqiq deyə bilmərik”, - Xalq artistinin köməkçisi deyib.

O qeyd edib ki, ustad sənətkarın iyunun 20-si Yaşıl Teatrda baş tutacaq bir ifalıq çıxışı sentyabra təxirə salınıb.

Qeyd edək ki, 84 yaşlı Xalq artisti Flora Kərimovanın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Eyni zamanda, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da xalq artistinə baş çəkib.