Sosial şəbəkədə biz:
"Həmin qız mənim paltarımda gəlin köçdü"
Xəbər Şəkli

"Həmin qız mənim paltarımda gəlin köçdü"

24 December 2025, 08:36
Mədəniyyət

Xalq artisti Nazpəri Dostəliyeva geyimlərini nümayiş etdirəcək.

Müğənni bu haqda "Qonaqcanlı" verilişində danışıb.

O bildirib ki, bəzən ailə qurmaq istəyən qızlar toylarına onun geyimlərini geyinirlər: "Elə paltarım olub ki, xanım gəlib deyib sizin libasınızda gəlin köçmək istəyirəm.

Geyinib qaytaracağam. Mən ona paltarımı hədiyyə etmişəm. İndi xoşbəxt qadındır. Mənim şəhərdəki qarderobuma girmək mümkün deyil. Hər paltarın bir xatirəsi var. Hər konsertimin geyimləri ayrıdır. Onlarla bağlı layihə edirəm, təqdim olunacaq". (Axsam.az)