Sosial şəbəkədə biz:
İbrahim Borçalı qızından danışarkən göz yaşlarını saxlaya bilmədi
Xəbər Şəkli

İbrahim Borçalı qızından danışarkən göz yaşlarını saxlaya bilmədi

03 December 2025, 08:18
Mədəniyyət

Tanınmış müğənni İbrahim Borçalı qonaq olduğu "Rəngarəng" verilişində qızı Aysunla bağlı danışarkən duyğulu anlar yaşayıb və göz yaşlarını saxlaya bilməyib.

İfaçı verilişdə qızına olan sevgisindən söz açaraq bildirib:

"Qızım mənə deyir ki, verilişlərdə hər kəslə mübahisə etmə, əsəbləşmə. Bu gün efirdə qonaqlardan danışanda da dedim ki, hamısı əzizimdir. Qızım üçün yaşayıram, o nə deyirsə, etməyə çalışıram".

İbrahim Borçalı Aysunun hazırda kosmetoloq işlədiyini və eyni zamanda təhsil aldığını vurğulayıb:

"Artıq 22 yaşına keçir. Qız övladı üçün ən vacibi bəxtinin gözəl olmasıdır. Var-dövlət axtarmaq boş şeydir".

Sənətçinin bu səmimi etirafları sosial şəbəkələrdə də müsbət qarşılanıb və geniş müzakirələrə səbəb olub./Milli.az