Sosial şəbəkədə biz:
"Kərim getdi, mən yetim qaldım" - Ağamirzə
Xəbər Şəkli

"Kərim getdi, mən yetim qaldım" - Ağamirzə

24 December 2025, 16:10
Mədəniyyət

"Kərim kimin qəlbinə dəyibsə, incidibsə, Allaha xatir, ona haqqınızı halal edin".

Bu sözləri meyxanaçı Ağamirzə vəfat edən həmkarı və dostu Kərimdən danışarkən deyib.

"Rəngarəng" verilişinə müsahibəsində Kərimi xatırlayan ustad gənc həmkarlarına da səslənib:

"Kərim mənim sənət dostum yox, qardaşım idi. 5 ildir onun bir kəlməsini belə eşidə bilməmişəm. Sadəcə üzümə baxırdı, yerində qovrulurdu. Ürəyim onun halını görməyə dözmürdü. Meyxana aləmi qəm içindədir. Kərim getdi, mən yetim qaldım. Aydın, Vüqar Biləcəri... Kimləri itirdik, kimləri sayım? Bundan sonra bir olmalıyıq. Gənclər söz eşidir, bizi dinləyir, inşallah bundan sonra meyxana aləmində hər şey yaxşı olacaq. Kərim kimin qəlbinə dəyibsə, Allaha xatir ona haqqınızı halal edin. Hamımızın sonu məzardır".

Musavat.com