Sosial şəbəkədə biz:
Nail Kəmərli restoranda Hikmətin müğənni ilə davranışından danışdı: “Nə etsin, yenə narkotiklə məşğul olsun?”
Xəbər Şəkli

Nail Kəmərli restoranda Hikmətin müğənni ilə davranışından danışdı: “Nə etsin, yenə narkotiklə məşğul olsun?”

20 February 2026, 08:28
Mədəniyyət

Aparıcı-bloger Nail Kəmərliyə məxsus olduğu deyilən “Aristokrat Music Hall” restoranında çəkilən görüntülər etirazla qarşılanıb. “Hikmət Sovetski” adı ilə tanınan şəxsin restoranda açıq-saçıq geyinmiş müğənni xanımla dialoqu müzakirə yaradıb. Narkotik əleyhinə təbliğat aparan N.Kəmərli açıq-saçıqlığı təbliğ etdiyinə görə tənqid olunub.

N.Kəmərli Pravda.az-a açıqlamasında deyib ki, həmin restoran ona məxsus deyil.

Bloqer əyləncə məkanının dostuna məxsus olduğunu bildirib: “Restoran mənim deyil, dostumundur. Həmin restoranda bir-iki dəfə olmuşam. Hikməti narkotik aludəçiliyindən xilas etmişik. Təsadüfən həmin restoranda rəqs edib, səhnə performansı göstərib, bu da pis qarşılanıb. Nə etsin, gedib yenə narkotiklə məşğul olsun? Həmin rəqsi narkotik təsiri altında etməyib. Hikmət 35 il narkotiklə məşğul olub. İndi isə həmin restoranda vaxtını keçirir, burda nə var? Narkotik qəbul etmir ki...”