Nazpəri Dostəliyeva irad tutdu: “Tənbəldir”
Xalq artisti Nazpəri Dostəliyeva müğənni Ramal İsrafilovu tənbəl adlandırıb.
O, bu haqda “Rəngarəng” verilişində bildirib. N.Dostəliyeva “Ötən il efirə çıxmadığına görə hansı sənətçiyə tənbəl statusu verərdiniz?” sualını belə cavablandırıb:
“Ramalı öpürəm, bağrıma basıram, gözəl sənəti var. Düzdür, sənətkar deyirik qəbul etmir, bu da onun qabiliyyəti, tərbiyəsidir. Ramal başdan-ayağa istedaddır, ancaq tənbəldir”.