Sosial şəbəkədə biz:
Oktay Kaynarca danışdı: “Alnım açıq, başım dikdir”
Xəbər Şəkli

Oktay Kaynarca danışdı: “Alnım açıq, başım dikdir”

13 January 2026, 15:24
Mədəniyyət

Məşhurlara qarşı aparılan narkotiklərlə bağlı istintaq çərçivəsində tanınmış aktyor Oktay Kaynarca mövzu ilə bağlı açıqlama verib.

Aktyor “Alnım açıq, başım dikdir” deyərək özünü müdafiə edib.

Oktay Kaynarca açıqlamanı media məsləhətçisi vasitəsilə yayıb. Bildirilib ki, Kaynarca “Bebek hoteli” ilə bağlı aparılan istintaq çərçivəsində ifadə vermək üçün prokurorluğa dəvət olunub.

Kaynarca açıqlamasında əlavə olaraq bildirib ki, məhkəmə-tibbi ekspertiza nəticələri tamamlandıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. O, uzun illərdir narkotiklərlə mübarizə apardığını və bu istiqamətdə həyata keçirilən bütün qanuni əməliyyatları dəstəklədiyini qeyd edib.

Musavat.com