Sosial şəbəkədə biz:
“Özünü Aygün Kazımovaya oxşadır” deyənlərə cavab verdi
Xəbər Şəkli

“Özünü Aygün Kazımovaya oxşadır” deyənlərə cavab verdi

09 January 2026, 08:49
Mədəniyyət

“Mən daxilən dəyişmişəm. Hisslərimlə, dünyagörüşümlə dəyişmişəm”.
Bu sözləri müğənni Xatun Əliyeva "Xəzər axşamı" verilişində dəyib. Xarici görünüşünü də dəyişən sənətçi “özünü Xalq artisti Aygün Kazımovaya bənzədir” deyənlərə cavab verib:

"Öz üzərimdə dayanmadan çox çalışıram. Mütaliə edirəm. Harada nicat, işıqlanma, aydınlanma varsa, o insanlara qoşulmaq istəyirəm. Hərdən deyirlər ki, "özünü Diva Aygün Kazımovaya oxşadır". Özümüzü o uğrulu insanlara oxşatmalıyıq. Özümü kimə oxşadım?".