Sosial şəbəkədə biz:
Şeyx Əbdül: "Rasim Balayev iş adamı, "KQB" deyil, sənət adamı idi"
Xəbər Şəkli

Şeyx Əbdül: "Rasim Balayev iş adamı, "KQB" deyil, sənət adamı idi"

31 March 2026, 12:20
Mədəniyyət

"Rasim Balayev barədə haqq danışanlara da, nahaq danışanlara da salam olsun. Bizim millət, görəsən, nə vaxt ədəb, tərbiyə, əxlaq, mənəviyyat adamı olacaq? Bəlkə, içimizdə qeyri-millətlər var, ancaq təxribatla, xəyanətlə bağlıdırlar? Dilimizə, dinimizə, tariximizə, əxlaqımıza, sözümüzə daş atırlar, nə deyiriksə, qulp qoyurlar. Bu insanlar kimdirlər? Rasim Balayev dünyasını dəyişib, artıq haqq dünyasındadır. Bu adam örtülü biznesmen, iş adamı, "KQB" deyil, sənət adamı idi. Televiziya verilişlərindən, oxuduğu "Qurani-Kərim"dən tutmuş, canlandırdığı böyük obrazlara qədər hamısı illərdir, camaatın gözünün qabağındadır. Onun arxasınca nə demək olar?"

Bu sözləri Pravda.az-a Xalq artisti Əbdül Mahmudov (Şeyx Əbdül) mərhum Xalq artisti Rasim Balayevin hökumətə loyal münasibətinə görə tənqid olunmasına, dövlət, hakimiyyətlə bağlı müsbət fikirlərinin gündəmə gətirilməsinə münasibət bildirərkən deyib.

"Deməli, mənəviyyatsız, əxlaqsız bir qrup var, ancaq bu işlərlə məşğuldur. Ar olsun onlara!" - o bildirib.