Sosial şəbəkədə biz:
Vidadi Bərdəlinin həyat yoldaşı müğənnilərə etiraz etdi
Xəbər Şəkli

Vidadi Bərdəlinin həyat yoldaşı müğənnilərə etiraz etdi

23 November 2025, 10:08
Mədəniyyət

Mərhum müğənni Vidadi Bərdəlinin həyat yoldaşı Naidə Heydərova onun mahnılarını icazəsiz oxuyanlara etiraz edib.

"Elgizlə izlə" proqramına zəng edən Naidə mərhum ifaçının bütün mahnılarının hüququnun onda olduğunu deyib:

"Onun bütün arxivi məndədir. Kim nə götürürsə, məndən alır. Oxuyanda icazə almalıdırlar. Vidadi Bərdəlinin "Zeynəbim" mahnısını götürüb oxuyublar. Çox adam elə bilir ki, Qədir Məmmədovundur. Amma sübut olunub ki, onun deyil".

Xatırladaq ki, V. Bərdəli 2012-ci il noyabrın 30-da 53 yaşında vəfat edib./Axşam.az