Sosial şəbəkədə biz:
Xalq artisti səhhətindən danışdı: “Qızım gecələr yatmır“
Xəbər Şəkli

Xalq artisti səhhətindən danışdı: “Qızım gecələr yatmır“

02 January 2026, 11:39
Mədəniyyət

“Bir ildir qızım yuxu yatmır. Xəstəliyimlə onu narahat etmişəm”.

Bu sözləri Xalq artisti Fatma Mahmudova “Qonaqcanlı” verilişində deyib.

Aktrisa xəstəliyinə görə uzun müddətdir qızlarının ona baxdığını bildirib:

“O biri qızım İntizar yatmır. Bütün işini, ailəsini atıb mənə baxır. Hamıdan üzr istəyirəm. Nə olsun övladdır, heç kim baxmaz. Bezib qaçardır. Bu xəstəliyimlə hamını yormuşam”.

Qeyd edək ki, F.Mahmudova insult keçirib.