9 Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarılıb
Fevralın 19-da 9 Azərbaycan vətəndaşı Almaniya Federativ Respublikasından readmissiya edilib.
Dövlət Miqrasiya Xidməti fevralın 20-də yaydığı açıqlamada bildirib ki, proses “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişə uyğun olaraq həyata keçirilib.
Azərbaycana geri göndərilən şəxslərin adları açıqlanmayıb.
Readmissiya sazişi imzalayan iki dövlət bir-birinin ərazisinə qeyri-qanuni keçən insanların geri qaytarılmasını tənzimləyir.
Rəsmi statistikaya əsasən, 2020–2025-ci illər ərzində 16 müxtəlif ölkədən ümumilikdə 2 235-dən artıq şəxsin readmissiyası təmin olunub.
Daha öncə Avropa ölkələrindən geri qaytarılan insanlardan həbs edilənlər var.
Onlar Pünhan Kərimli, Cəfər Mirzəyev, Malik Rzayev, Mütəllim Orucov və Samir Aşurovdur.
Həbs edilənlər şərləndiklərini desələr də, Daxili İşlər Nazirliyi (DİN) bu barədə səslənən fikirlərin əsassız olduğunu bəyan edib.