Sosial şəbəkədə biz:
ABŞ-Azərbaycan Strateji İşçi Qrupu fəaliyyətə başlayır
Xəbər Şəkli

ABŞ-Azərbaycan Strateji İşçi Qrupu fəaliyyətə başlayır

29 October 2025, 07:58
Siyasət

Yaxın vaxtlarda ABŞ-Azərbaycan Strateji İşçi Qrupunun fəaliyyətinə start veriləcək.

Bu barədə "Report"un ABŞ bürosuna Birləşmiş Ştatların Dövlət Departamentinin Mətbuat xidmətindən məlumat verilib.

Dövlət qurumundan qeyd olunub ki, bu təşəbbüs iki ölkə arasında əməkdaşlığın yeni mərhələsini formalaşdırmağı hədəfləyir: "ABŞ-Azərbaycan Strateji İşçi Qrupunun nizamnaməsi regional əlaqəlilik, iqtisadi investisiya və təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirmək üçün ilk dəfə olaraq ABŞ-Azərbaycan strateji tərəfdaşlığının əsasını qoyacaq".

Qeyd edək ki, ABŞ hökuməti həmçinin ilin sonunadək Azərbaycan və Ermənistanla ilk İşçi qruplarının yaradılmasını planlaşdırır.